14 İyul 2026
Dünya futbolu

Alonso “Barselona”dan getmək istəmir

“Barselona”nın müdafiəçisi Markos Alonso klubu tərk etməyəcək.

İdmanxeber.az-ın məlumatına görə, komandanın baş məşqçisi Xavi oyunçunun xidmətindən məmnundur. Futbolçunun özü də yeni klub axtarmaq istəmir.

“Barselona” hələ də yeni mövsüm üçün oyunçunu qeydiyyatdan keçirməyib.

32 yaşlı ispaniyalı keçən yay “Çelsi”dən pulsuz olaraq “Barselona”ya keçib. Futbolçunun müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

Alonso ötən mövsüm La Liqada 24 oyuna çıxıb, 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43