15 İyul 2026
Kateqoriyasız

“Oyuna çox da yaxşı konsentrasiya ilə çıxmamışdıq” – “Sabah”ın məşqçisi

Sabah”ın məşqçisi Artur Olenin Misli Premyer Liqanın 4-cü turunda “Zirə”yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında matçla bağlı fikirlərini bildirib.

İdmanxeber.az-ın məlumatına görə, o, oyun haqda bunları deyib:

“Bura qələbə üçün gəlmişdik. Amma oyuna pis başladıq. Bunun da nəticəsini ödədik. İkinci hissədə yetərincə inamlı və yaxşı oynadıq. Oyuna nəzarət edən tərəf biz idik. 

Oyuna çox da yaxşı konsentrasiya ilə çıxmamışdıq. Qol fürsətlərimiz çox oldu. Məğlubiyyətdən qaçmaq və hesabda önə keçmək üçün də yetərincə vaxtımız var idi. Əsasən də sonuncu fazada, son nöqtəni qoya bilmədik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43