16 İyul 2026
Ölkə futbolu

Musa Qurbanlı: “Azarkeşlərsiz futbolun ehtirası olmaz”

“Yurqorden” komandasının hücumçusu Musa Qurbanlı İsveç çempionatının 21-ci turunda “Deqefors”a qalib gəldikləri (4:1) oyun barəsində danışıb.

İdmanxeber.az-ın məlumatına görə, millimizin hücumçusu 2 qol vurub, bir assist etdiyi matçın çox gözəl keçdiyini bildiirb. O, azarkeşlər önündə qələbə qazandıqları üçün xoşbəxt olduğunu vurğulayıb:

“Bu, əla bir oyun idi. Mən bu anı səbirsizliklə gözləyir və arzulayırdım. Təəssüf ki, penaltidən yararlana bilmədim. Bu, mənim üçün də gözlənilməz oldu. Dünən məşqdən sonra 15-20 dəqiqə qalıb penalti üzərində işləmişdim. Əlimdən gələni etdim, amma alınmadı”.

O, matçdan sonra azarkeşlərlə birgə mahnı oxumaları barədə də danışıb: “Mən bilmirdim nə oxuyum. Uşaqlar dedi ki, oxumaq lazımdır. Bunun nəyə görə edildiyindən xəbərsizdim. Komanda yoldaşlarım mənə izah etdilər. Azarkeşlərimiz sevinəndə biz də xoşbəxt oluruq. Onlarsız futbolun ehtirası olmaz. Biz fanatlarımızın xoşbəxt olması üçün əlimizdən gələni edirik”.

M.Qurbanlı AİK-lə “Yurqorden” arasındakı rəqabət haqda da danışıb. O, bu haqda suala cavabında bildirib: “Bilirəm ki, bu, böyük derbi və rəqabətdir. Hətta bəzən fanatlar arasında dava da olur. Futbolun gözəlliyi həm də belə rəqabətdədir. Bu cür qarşılaşmalar dünyanın hər yerində var. “El-Klassiko”nu, Argentinada “Buka Xuniors”la “Rivee Pleyt” arasındakı oyunları göstərmək olar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43