16 İyul 2026
Dünya futbolu

Araz Abdullayevdən Kosovoda uğurlu debüt

Futbol üzrə Kosovo çempionatının 3-cü turunun oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, millimizin sabiq üzvü Araz Abdullayevin formasını geyindiyi “Lapi” səfərdə “Fuşe Kosova” ilə qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Araz Abdullayev də bu oyunda işirak edib. O, ikinci hissə meydanda daxil olub. 

“Lapi” 3 oyundan sonra 6 xalla 4-cü pillədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43