16 İyul 2026
Dünya futbolu

“Qarabağ”ın rəqibi Bakıya məyus gələcək

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Olimpiya” Sloveniya çempionatında 5-cı tur oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, komanda evdə  “Çelye” ilə qarşılaşıb və 2:4 hesabı ilə uduzub. “Olimpiya” 5 turdan sonra 9 xalla 3-cü pillədə qərarlaşıb, “Çelye” isə 13 xalla 1-cidir.

“Qarabağ”la “Olimpiya” arasındakı cavab görüşü avqustun 31-də Bakıda keçiriləcək. Tərəflər arasında ilk matç təmsilçimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43