18 İyul 2026
Ölkə futbolu

“Neftçi” futbolçusu ilə müqavilə uzatdı

“Neftçi” gənc futbolçusu İsmayıl Zülfüqarlı ilə müqavilənin müddətini uzadıb.

İdmanxeber.az xəbər verir ki, Bakı klubu bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, 22 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonuna qədər olan sözləşmənin müddəti daha 1 illik uzadılıb.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan İsmayıl Zülfüqarlı əsas komandada keçirdiyi 5 mövsüm ərzində 63 oyunda meydana çıxıb, 4 qola imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43