18 İyul 2026
Dünyadan

“Qarabağ”ın 2-ci səbət iddiası: “Ayaks”, “Frayburq”, “Atalanta”…

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk görüşündə səfərdə “Olimpiya”ya qalib gələn (2:0) “Qarabağ” sözügedən turnirin qrup mərhələsinin bir addımlığındadı.

İdmanxeber.az-ın məlumatına görə, “köhlən atlar”ın hazırkı durum üçün 3-cü səbətdə yer alacaq. Lakin bu dəyişə də bilər.

Ağdam klubu Sloveniya təmsilçisini mübarizədən kənarlaşdırsa 1-ci səbətdən “Liverpul”, “Vest Hem” (hər ikisi İngiltərə),  “Roma”, “Atalanta” (hər ikisi İtaliya), “Vilyarreal” (İspaniya) və “Bayer Leverkuzen” (Almaniya) klublarından biri ilə qarşılaşa bilər. Bundan başqa, AL-in pley-off matçının ilk görüşündə sərfəli nəticə qazanan “Ayaks” (Niderland) və “Dinamo” (Xorvatiya) da cavab oyununda sensassiyaya imza atmasalar, o zaman bu komandalar da ilk səbətdə yer alacaq. Belə olacağı halda, yuxarıdakı komandalardan biri “Qarabağ”ın mərhələ keçəcəyi təqdirdə qrupdakı rəqiblərindən olacaq.

Avstriyanın “Şturm”, Fransanın “Tuluza”, İsveçrənin “Servet”, Serbiyanın “Baçka Topala” və Almaniyanın “Frayburq” kollektivlərinin qarşıdakı oyunlarda alınan nəticələrə əsasən 4-cü səbətdə yer almaq ehtimallari var ki, belə olacağı təqdirdə bu komandaların birinin də “Qarabağ”a rəqib olma ehtimalı yüksəkdi.

Ümumiyyətlə isə ÇL-in pley-offunda məğlub olacaq və AL-in pley-off qarşılaşmalarında qalib gələcək komandaların reytinq xalından sonra “Qarabağ”ın hansı səbətdə yer alacağı bilinəcək. Qurban Qurbanovun başçılıq etdiyi komandanın 2-ci səbətdə yer alması belə mümkündü. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43