18 İyul 2026
Ölkə futbolu

Musanın dubluna Rəşad Sadıqov və Əmrah Çəlikəlin münasibəti – FOTOLAR

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov və “Qarabağ”ın idman direktoru Əmrah Çəlikəl İsveçin “Yurqorden” klubunda dubl edən Musa Qurbanlının performansı münasibət bildirib.

İdmanxeber.az-ın məlumatına görə, Çəlikəl və Sadıqov oyunçunun sosial şəbəkə paylaşımına rəy yazıb. “Qarabağ” rəsmisi sabiq oyunçusuna  “fəxrimizsən”, “Qartallar”ın çalışdırıcısı isə “Allah sabit eləsin” deyə bildirib.

Xatrıladaq ki, millimizin hücumçusu “Yurqorden”in heyətində ötən tur “Degerfors”a qarşı oyunda (4:1) iki qol vurub, bir assist edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43