Nigeriyalı futbolçu Kristian İrobiso Azərbaycan klubuna keçməkdən imtina edib.
İdmanxeber.az-ın məlumatına görə, Rumıniyanın “Petrolul” klubunun hücumçusu adı açıqlanmayan Premyer Liqa təmsilçisi ilə danışıq aparıb.
Hətta klubların anlaşmağa çox yaxın olduqları da bildirilib. Lakin transfer son anda baş tutmayıb. 30 yaşlı forvardın karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcəyi gözlənilir.
Qeyd edək ki, Kristian İrobisonun Rumıniya klubu ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.

