Millimizin hücumçusu Musa Qurbanlı İsveç çempionatında XXI turun rəmzi komandasına düşüb.
İdmanxeber.az-ın məlumatına görə, “Deqerfors”la görüşdə 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalan “Yurqorden”in üzvü ən yaxşı üç hücumçudan biri seçilib.
Onun performansı 8,7 balla qiymətləndirilib. Qurbanlı ilə yanaşı, “Yurqorden”in müdafiəçisi Markus Danielson da rəmzi “11-liy”ə salınıb.


