18 İyul 2026
Ölkə futbolu

Nigeriyalı hücumçu Azərbaycana gəlmədi – ərəblərdən təklif alıb

Nigeriyalı futbolçu Kristian İrobiso Azərbaycan klubuna keçməkdən imtina edib.

İdmanxeber.az-ın məlumatına görə, Rumıniyanın “Petrolul” klubunun hücumçusu adı açıqlanmayan Premyer Liqa təmsilçisi ilə danışıq aparıb.

Hətta klubların anlaşmağa çox yaxın olduqları da bildirilib. Lakin transfer son anda baş tutmayıb. 30 yaşlı forvardın karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcəyi gözlənilir. 

Qeyd edək ki, Kristian İrobisonun Rumıniya klubu ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43