Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-İttihad”ın Muhammed Salahla anlaşdığı bildirilir.
İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, bir müddətdir tərəflər arasında davam edən danışıqlar müsbət nəticələnib. Ərəblərin Salahı və “Liverpul”u razı saldığı bildirilir.
İddia edilib ki, misirli futbolçu bu gün sözügedən ölkəyə yollanacaq. “Əl-İttihad”ın Salaha 76 milyon avro maaşla üçillik müqavilə təklif etdiyi vurğulanıb.