“Qarabağ”ın futbolçusu Julio Romao UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanmaları ilə bağlı danışıb.
İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı braziliyalı yarımmüdafiəçi bu anları yaşadığı üçün qürurlandığını bildirib:
“Çox xoşbəxtəm, xüsusən də bütün oyunlarda iştirak etdiyim üçün. Şübhəsiz ki, bu, mənim həyatında xüsusi məqam olacaq. Artıq qrup mərhələsindəki rəqiblərimizi gözləməliyik. Bu, çox güclü və rəqabətli turnirdir. Biz də titul axtarışına çıxacağıq”.
Qeyd edək ki, “Qarabağ” pley-offda Sloveniya “Olimpiya”sını iki oyunun nəticəsinə əsasən məğlub edib – 2:0, 1:1.