“Qarabağ”ın bir müddətdi zədəli olan futbolçusu Marko Veşoviç ən qısa zamanda komandaya qoşulacaq.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, monteneqrolu futbolçu fərdi məşqlərə başlayıb. Onun ən qısa zamanda komandayla birgə məşqlərə qoşulacaği və ayın sonuna kimi hazır olacağı gözlənilir.
Qeyd edək ki, ÇL-ın ikinci təsnifat mərhələsinin “Rakuv”la oyunöncəsi Polşadakı “Miejski” arenasında məşq zamanı budundan zədə alan Marko Veşoviç aydan çoxdur ki, zədəli idi.

