Bu gün Azərbaycan II Liqasına start verilib.
İdmanxeber.az-ın məlumatına görə, ilk oyun günündə “Ağdaş” doğma meydanda “Şahdağ Qusar”ı qəbul edib. Qonaqların heyətində bir dönəm “Qarabağ”da da çıxış etmiş Rahid Əmirquliyev yer alıb.
O, bir müddət öncə karyerasını bitirdiyini bildirsə də, yenidən yaşıl meydanlara qayıdıb. Əmirquliyev ötən mövsümü “Səbail”in heyətində keçirib.


