17 İyul 2026
Ölkə futbolu

Bölgə klubundan maraqlı addım: Müqavilə imzalayır, icarəyə verir

“Kəpəz” növbəti transferini reallaşdırmağa yaxındı.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə klubu bir müddətdi baxışda olan Ezekuel Morqanla münasibətləri rəsmiləşdirəcək. Onunla 1 illik müqavilə imzalanacaq.

Lakin “sarı-göy”lər seneqallı mərkəz yarımmüdafiəçisini icarəyə verməyi planlaşdırır. I Liqa təmsilçisi “İmişli” Morqanın xidmətlərində maraqlıdı.

“Kəpəz” tərəfi Morqanla müqavilə imzalayıb onu “İmişli”yə icarəyə verəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43