17 İyul 2026
Ölkə futbolu

UEFA Gənclər Liqası: “Qəbələ”nin rəqibləri bəlli oldu

“Qəbələ”nin UEFA Gənclər Liqasındakı rəqibi bəlli olub.

İdmanxeber.az xəbər verir ki, “qırmızı-qaralar” birinci mərhələdə Macarıstanın “Puşkaş Akademiya”sı ilə üz-üzə gələcək.

Cütün qalibi növbəti raundda “Olimpiakos” (Yunanıstan) – “Leççe” (İtaliya) duelinin güclüsü ilə görüşəcək.

Bölgə təmsilçisi ilk görüşünü oktyabrın 4-də evdə keçirəcək. Cavab matçı isə oktyabrın 25-də səfərdə baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43