Cordan Henderson “Liverpul”dan ayrılışı barədə danışıb.
İdmanxeber.az-ın məlumatına görə, “qırmızılar”ın sabiq kapitanı keçmiş komandası barədə bunları deyib:
“Liverpul” mənə “qal” desəydi, getməzdim. Düzdür, mənə “get” də deməsələr də, qalmağımı istədiklərini də hiss etdirmədilər.”
Xatırladaq ki, təcrübəli futbolçu Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-İttifaq”la anlaşıb.

