İsveçrə “Qrasshopper”indən Türkiyənin “Hatayspor” klubuna icarəyə verilən millimizin futbolçusu Renat Dadaşov şəxsi instaqram hesabında fikirlərini yazıb.
İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı hücumçu 2022-ci ilin yayından çıxış etdiyi Sürix təmsilçisinə müraciət edib:
“Həyatımda yeni səhifə başlayır. Kluba necə minnətdar olduğumu sözlə ifadə etmək asan deyil. “Qrasshopper”ə və azarkeşlərə qarşıdakı mövsüm üçün ən yaxşısını arzulayıram”.
Qeyd edək ki, Renat Dadaşov ötən gün yeni klubunda tibbi müayinədən keçib.

