İtaliyanın “Salernitana” klubunun futbolçusu Simeon Toçukvu Nvankvu “Neftçi”nin təklifini qəbul etməyib.
İdmanxeber.az Türkiyənin “Fanatik” nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı hücumçu “ağ-qaralar”la bərabər Yunanıstan klublarından da təklif alıb.
Ancaq karyerasını qardaş ölkədə davam etdirmək istəyən Nvankvunun Super Liqa klublarının biri ilə anlaşacağı gözlənilir.
Nigeriyalı hücumçu karyerası ərzində 385 oyunda 118 qol vurub.

