Bakıda Azərbaycan və Belçika komandaları arasında keçiriləcək AVRO-2024-ün seçmə mərhələsinin oyunu üçün təyinatlar açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, görüş FİFA referisi Nenad Minakoviçə həvalə edilib. Ona yan xətt hakimləri Slobodan Pavloviç və Nikola Boroviç kömək göstərəcək.
Dördüncü hakim funksiyasını isə Milan Mitiç yerinə yetirəcək.
Serbiyalı hakimlər briqadasının idadə edəcəyi qarşılaşmala sentyabrın 9-da, saat 17:00-da “Dalğa Arena”da keçiriləcək.

