13 İyul 2026
Dünya futbolu

Xavi Felikslə bağlı qərarını verdi

“Barselona”nın baş məşqçisi Xavi “Atletiko”dan icarəyə götürülən Joao Feliksi hansı mövqedə istifadə edəcəyinə qərar verib.

İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis portuqaliyalı yarımmüdafiəçini cinah müdafiəçisi kimi oynadacaq. 

Sentyabrın 1-də Feliksin icarə əsasında “Atletiko”dan “Barselona”ya keçdiyi məlum olub. Klublar arasındakı müqavilə 2024-cü il iyunun 30-na qədərdir və satın alma variantını nəzərdə tutulmur.

23 yaşlı futbolçu ötən mövsüm “Atletiko”nun heyətində bütün turnirlərdə 40 oyuna çıxıb, 9 qol vurub, 3 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43