11 İyul 2026
Ölkə futbolu

Azərbaycan – Belçika matçında anşlaq olacaq

AVRO-2024 seçmə mərhələsi V turunda Azərbaycan millisi evdə Belçika yığmasını qəbul edəcək.

AFFA-dan İdmanxeber.az saytına verilən məlumata görə, qarşılaşma üçün satışa çıxarılan 4900 biletin hamısı tükənib. Azarkeşlər qarşılaşmaya böyük maraq göstərərək, satışa çıxarılmış bütün biletləri alıb.

Azərbaycan – Belçika matçı bu gün saat 17:00-da, “Dalğa Arena”da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43