Azərbaycan II Liqasında II tura yekun vurulub.
İdmanxeber.az-ın məlumatına görə, turu ümumilikdə 1475 azarkeş stadionlardan izləyib. Ən çox tamaşaçı isə bölgə təmsilçilərinin görüşlərində qeydə alınıb.
Azarkeş sayına görə ilk sırada “Ağdaş” – “Baku Sportinq” matçı gəlir. Aran təmsilçisinin stadionunda keçirilən qarşılaşmanı tribunalardan 700 tərəfdar izləyib. Fanatların daha çox maraq göstərdiyi ikinci oyun isə “Dinamo” – “Lerik” qarşılaşması olub.
Matçda 400 tamaşaçı qeydə alınıb.
Azərbaycan II Liqa, II tur
“Şəfa” – “Şəki Siti” (0:6) – 45
“Şahdağ Qusar” – “Kürmük Qax” (3:1) – 50
“Ağdaş” – “Baku Sportinq” (2:4) – 700
“Kür Araz” – “Füzuli” (1:2) – 150
“Cəbrayıl” – “Göygöl” (4:3) – 80
“Dinamo” – “Lerik” (4:1) – 400
“Qusar” – “Şəmkir” (7:1) – 50

