09 İyul 2026
Dünya futbolu

“Fənər” “Everton”lu futbolçunu transfer etmək istəyir

“Everton”un yarımmüdafiəçisi Andre Qomeş “Fənərbağça”ya keçə bilər.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubunun rəhbərliyi 30 yaşlı portuqaliyalını Türkiyədə transfer pəncərəsi bağlanan qədər heyətinə qatmaq niyyətindədir.

Qomeş 2019-cu ildən “Everton”da çıxış edir. 2022/23 mövsümündə futbolçu 27 matçda iştirak etdiyi, 3 qol vurub və 2 məhsuldar ötürmə verdiyi “Lill”də icarə əsasında çıxış edib. Onun Liverpul təmsilçisi ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir. 

Xatırladaq ki, Türkiyədə transfer pəncərəsi sentyabrın 15-də bağlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43