27 Noyabr 2024
Ölkə futbolu

AFFA-ya şikayət olunan klubdan açıqlama: “…hər hansı bir şərh vermək istəmirik”

“Araz Naxçıvan”nın futbolçusu Tural Bayramlı “Səbail” klubundan AFFA-ya şikayət edib (“futbol+”).

O, buna səbəb kimi sabiq klubu “dənizçilər”in müqavilə şərtlərini yerinə yetirməməsini göstərib. Məsələ ilə bağlı Bakı təmsilçisinin mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovla əlaqə saxladıq. O, iddialara belə cavab verdi:

“Məlumatımız var ki, sabiq futbolçumuz Tural Bayramlı AFFA-nın müvafiq qurumuna müraciət edib. Məsələyə bu yaxınlarda Oyunçuların Statusu və Transfer Komitəsində baxılacaq. AFFA-nın qərarından öncə bu məsələ ilə bağlı hər hansı bir şərh vermək istəmirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43