26 Noyabr 2024
Ölkə futbolu

“Sumqayıt” sabiq məşqçisinə təzminat ödəyəcək

Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) “Sumqayıt”ın sabiq məşqçisi Elnur Çodarovun şikayətinə təmin edib.

İdmanxeber.az-ın məlumatına görə,  bu barədə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin sabiq sədri Nailə Rüstəmzadə şəxsi feysbuk hesabından paylaşım edib.

O, mütəxəssisin məhkəmə işini udduğunu vurğulayıb. Beləliklə, klub Elnur Çodarovun 3 aylıq maaşını ödəmək məcburiyyətində qalacaq.

Qeyd edək ki, Elnur Çodarov 2021-ci ilin dekabrında “Sumqayıt”ın istefaya göndərilən məşqçilər korpusunda yer alıb. Onun “gənclik şəhəri” təmsilçisi ilə müqaviləsinin davam etməsinə baxmayaraq, rəhbərlik birtərəfli qaydada sözləşməyə xitam verib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43