Misli Premyer Liqasının VI turu çərçivəsində keçirilən “Kəpəz” – “Səbail” görüşündə gərginlik yaşanıb.
İdmanxeber.az-ın məlumatına görə, ilk hissəsi davam edən matçda ev sahibi komanda 0:2 hesabı ilə uduzur. Bunun ardından tribunalarda bir neçə azarkeş “istefa” şüarı səsləndirmək istəsə də, digər tərəfarlar onlara qarşı çıxıb.
Fanatlar arasında trbunada yaranmış söz atışması “Kəpəz”in təhlükəsizlik xidmətinin rəhbəri Elmar Əliyevin müdaxiləsindən sonra sona çatıb.