11 İyul 2026
Dünya futbolu

“Qəbələ” – “Puşkas Akademiya” oyununu qazaxıstanlı hakim idarə edəcək

“Qəbələ” və Şimali Makedoniyanın “Puşkas Akademiya” komandaları arasında baş tutacaq UEFA Gənclər Liqasının I mərhələsinin ilk oyununun təyinatları bəlli olub.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Qazaxıstandan olan hakimlər briqadasına tapşırılıb.

Əsas referi Sayat Karabayevə Timur Tursumbayev və Yevgeni Karlov yan xətt hakimi qismində yardımçı olacaqlar.

Qeyd edək ki, oktyabrın 4-də Qəbələdə təşkil olunacaq qarşılaşma saat 16:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43