12 İyul 2026
Dünya futbolu

Baş məşqçi Xviçadan danışdı

“Napoli”nin baş məşqçisi Rudi Qarsiya gürcüstanlı futbolçu Xviça Kvartsxeliyanın performansından danışıb.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu martın 19-dan bəri heç qol vurmayıb və cəmi 1 məhsuldar ötürmə edə bilib. Baş məşqçi isə Xviçanın çıxışını belə dəyərləndirib:

“O, sadəcə oynamalıdı. Oynadıqca öz ritmini tapacaq. Futbolçunun potensialına bələdik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43