“Barselona”nın baş məşqçisi Xavi komandanın hücumçusu Joao Feliksi tərifləyib.
İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis yayda “Atletiko”dan icarə əsasında Kataloniya təmsilçisinə qoşulan portuqaliyalı barədə xoş sözlər deyib:
“Feliks hücumdakı müxtəlifliyinə görə çox faydalıdır. O, oyuna çox uyğun gəlir və xətlər arasında başqa bir yarımmüdafiəçi ola bilər ki, bu da bizə çox kömək edir. Ona asan oynamaq lazım olanda bunu bacarır və bundan təkcə Levandovski deyil, bütün komanda faydalanır. Gündoğan açıq şəkildə bütün komandanı təkmilləşdirir. Heyətdə çox yüksək səviyyəli futbolçular var və bu çox vacibdir”.
2023/24 mövsümündə 23 yaşlı portuqaliyalı bütün yarışlarda 3 matçda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

