14 İyul 2026
İdman

Hidayət Heydərov Böyük Dəbilqə turnirinin beşqat qalibi oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Bakıda keçirilən Böyük Dəbilqə turnirinin qalibi olub.

İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı idmançı finalda moldovalı Pyotr Pelivanı məğlub edib.

Rəqibinə “ippon”la qalib gələn H.Heydərov karyerasında 5-ci dəfə Böyük Dəbilqəni qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43