15 İyul 2026
Ölkə futbolu

“Bəzi epizodlar müəyyən siqnallardır” – Azər Bağırov

“Qolların olmaması mənim üçün də maraqlıdır. Çempionat yeni başlayıb. Bəzi epizodlar müəyyən siqnallardır. Mohkəmlənməliyik. Komandanı toparlayıb qarşıdakı oyunlara baxmalıyıq. Nəticə baxımından xallar itirdik, amma nələrsə qazandıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Araz Naxçıvan” klubunun baş məşqçisi Azər Bağırov “Səbail” oyunu sonrası deyib. O, daha sonra belə dabam edib:

“Abdulla təcrübəli olsaydı epizoddan fərqli istifadə edərdi, Orxan bir qədər hiyləgər davranırdı. Təəssüflənmirəm. Məğlubiyyət ola bilər futbolçulara pis təsir etsin, amma irəli baxmalıyıq. Qarşıda oyunlarımız çoxdur. Rəqibləri analiz edir, zəif tərəflərini tapmağa çalışır, futbolçulardan nələr istədiyimizi onlara çatdırırıq. Əlbəttə, hər rəqibə görə oyun qurur, eyni zamanda öz oyunumuzu tətbiq edirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43