Premyer Liqanın VII turunun son “Qəbələ” – “Qarabağ” oyununda gərgin anlar yaşanıb.
İdmanxeber.az-ın məlumatına görə, oyunun baş hakimi Elçin Məsiyev matçın sonlarına yaxın Qurban Qurbanovun etirazlarına qarşılıq ona ikinci sarı vərəqəni verib və meydandan kənarlaşdırıb. Bu Qurbanovun məşqçilik karyerasında ilk qırmızı vərəqə olub.
Görüş “Qarabağ”in qələbəsi ilə yekunlaşıb – 2:1.

