Qoran Karaçiç “Adana Demirspor”la müqaviləsini tək tərəfli ləğv edib.
İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı bosniyalı qapıçı Adana təmsilçisində 14 xarici oyunçu olduğu üçün Türkiyə Liqasında iştirak ərizəsinə salınmamışdı.
“Mavi şimşəklər” sabah təxirə salınmış oyunda “Beşiktaş”la qarşılaşacaq. Qaydalara görə, təxirə salınmadan sonra transfer olduğu üçün həmin görüşdə Şəhruddin Məhəmmədəliyev qapını qoruya bilməyəcək.

