“Real” “Nyukasl”ın iki oyunçusu Aleksander İsak və Bruno Gimaraeslə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, “kral klubu” oyunçuları izləmək üçün skautlarını “sağsağanlar”ın PSJ ilə keçirələcək Çempionlar Liqası oyununa göndərəcək.
İsak “Nyukasl”da 34 oyuna 15 qol, Bruno isə 66 oyuna 11 qol vurub.
Transfermarkt portalına görə hər iki oyunçunun dəyəri 70 milyon avrodur.

