“Çelsi”nin müdafiəçisi Ben Çillvell uzun müddətə sıradan çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı oyunçu İngiltərə Liqa Kubokunda “Brayton”la matçda (1:0) bud nahiyəsindən zədə alıb. Bildirilir ki, müdafiəçi təxminən iki aya sağalacaq.
Bu mövsüm Çillvell “Çelsi”nin heyətində bütün turnirlərdə 7 oyun keçirib və bir məhsuldar ötürmə edib.

