“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali PSJ qələbəsini şərh edib.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu bu qalibiyyətlə komandanın fəxr etməli olduğunu düşünür:
“Əla idi, çünki matça tam istədiyimiz və hazırlaşdığımız kimi başladıq. Fasiləyə 2:0 hesabı ilə çıxmağımız bizə daha da güc verdi. Yaxşı bilirdik ki, ilk hissədən sonra fasiləyə çıxmaq tempi aşağı sala bilər, amma əvəzində biz meydana çıxdıq və dərhal üçüncü qolu vurduq”.
“Nyukasl” 4 xalla F qrupunda birinci yerdədir. Komanda növbəti turda oktyabrın 25-də Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.

