28 İyul 2026
Dünya futbolu

“Oyunçuların gördüyü işdən qürur duyuram” – “Portu”nun baş məşqçisi

“Portu”nun baş məşqçisi Serxio Konseysao Çempionlar Liqasının qrup mərhələsi 2-ci turu çərşivəsində keçiriləcək “Barselona” oyunundan danışıb.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis görüşü belə şərh edib:

“Oyunçuların gördüyü işdən qürur duyuram və biz hesabı bərabərləşdirməyə çalışaraq matçı aktiv şəkildə başa vurduq. Matç boyu diqqətinizi cəmləməlisiniz. “Barselona”nın birinci hissənin sonunda önə keçməsi təəssüf doğurur. Bütün 90 dəqiqə ərzində ayıq-sayıq olmaq lazımdır. Amma indi biz davam etməliyik. Hakim Taylorun işi haqqında nə düşünürəm? Bu barədə artıq üç-dörd müsahibəmdə danışmışam. Biz bir kluba qarşı oynadıq. Bu da kifayətdir”

“Barselona” 6 xalla H qrupuna başçılıq edir, “Porto” isə ikinci yerdədir (3 xal).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43