Avropa Liqası qrup mərhələsi çərçivəsində keçiriləcək “Hakken” – “Qarabağ” görüşünə bilet satışları davam edir.
İdmanxeber.az-ın məlumatına görə, isveçli azarkeşlər matça elə də böyük maraq göstərməyib. Belə ki, 43 min tərəfdar tutumuna malik “Ullevi” stadionunda baş tutacaq qarşılaşmaya cəmi on min bilet satılıb.
Hazırda da satışların davam etdiyi və oyun saatına qədər bu rəqəmin az da olsa artacağı ehtimal edilir.
Xatırladaq ki, görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

