Baş məşqçi dəyişikliyinə gedən “Kəpəz” baxışa yeni futbolçu cəlb edib.
İdmanxeber.az-a daxil olan məlumata görə, Gəncə klubu belçikalı oyunçu İbrahim Karqbonnu baxışa dəvət edib. Mərkəz hücumçusu mövqeyində çıxış edən 23 yaşlı futbolçunun son klubu Xorvatiyanın “Solin” kollektivi olub.
O, müxtəlif dönəmlərdə Kiyev “Dinamo”su, Kiprin “Doxa” və Sloveniyanın “Çelye” klublarında çıxış edib. Gənc hücumçu Belçika millisinin aşağı yaş qruplarında da çıxış edib. Əgər məşqçilər heyəti futbolçu barədə müsbət rəy versə, onunla müqavilə imzalanacaq.
Karqbo bir dönəm “Bakı”da çıxış etmiş İbrahim Karqbonun oğludu.

