Türkiyə millisi yoldaşlıq görüşündə Almaniya yığmasının qonağı olacaq.
İdmanxeber.az-ın məlumatına görə, noyabrın 18-də Berlində keçiriləcək qarşılaşma ölkəmizdə canlı yayımlanmayacaq. Bakı vaxtı ilə saat 23:45-də başlayacaq oyunu TRT 1 birbaşa nümayiş etdirəcək.
Bundan başqa, Rusiyanın “Match Football 3” kanalı da sözügedən görüşü yayım proqramına salıb.

