“Napoli”nin yeni baş məşqçisi Valter Matsarri olacaq.
İdmanxeber.az-ın məlumatına görə, Neapol klubu 2 illik müqavilə istədiyi üçün İqor Tudorla razılığa gələ bilməyib.
Matsarri daha öncə 2009-2013-cü illər arası “Napoli”ni çalışdırıb. 62 yaşlı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanacaq.

