AVRO-2024-ün seçmə mərhələsinin növbəti oyununda Azərbaycan yığması İsveç millisi ilə qarşılaşacaq.
İdmanxeber.az-ın məlumatına görə, rəqib komandanın heyətində 3 itki var. Hücumçu Antoni Elanqa, müdafiəçilər Emil Holm və Lüdviq Avqustinsson zədə səbəbindən Azərbaycana gətirilməyib.
Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionda keçiriləcək Azərbaycan – İsveç matçı saat 21:00-da başlayacaq.

