09 İyun 2026
Ölkə futbolu

Öncə Canni De Byazi, sonra Tedesko

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Belçika ilə keçirəcəyi oyun ərəfəsində son məşqinin vaxtı müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, yığma bu gün Bakı vaxtı ilə saat 21:00-da “Edmond Machtens” stadionunda məşqə çıxacaq.

Bundan yarım saat əvvəl baş məşqçi Canni De Byazinin mətbuat konfransı təşkil olunacaq.

Meydan sahibləri isə son hazırlıqlarını Bakı vaxtı ilə saat 13:00-da keçirəcəklər. İki saat sonra isə baş məşqçi Domeniko Tedesko media nümayəndələrinin suallarını cavablandıracaq.

Qeyd edək ki, noyabrın 19-da Brüssel şəhərindəki “Kinq Baudouin” stadionunda keçiriləcək Belçika – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43