09 İyun 2026
Dünya futbolu

Mbappe 80 milyondan imtina etdi

PSJ-nin hücumçusu Kilian Mbappe klubdan ala biləcəyi bonusdan imtina edib.

İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı fransalı parislilərlə müqaviləyə əsasən qazana biləcəyi 80 milyon avro mükafatı almayacaq. Bu qərarı futbolçunun özü verib.

Qeyd olunur ki, Mbappe bu yolla onun üçün pulun birinci yerdə olmadığını göstərmək istəyir. Futbolçunun PSJ ilə müqaviləsi 2023/24 mövsümünün sonuna kimidir.

Bu mövsüm Mbappe bütün turnirlərdə 15 oyun keçirib, 15 qol vurub və məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43