“Zenit”lə oyundan gözləntilərim yaxşıdır. Güclü rəqibə qarşı oynamaq həmişə xoşdur. Onlar Çempionlar Liqası səviyyəsində olan komandadır. Mən hələ Rusiya Premyer Liqasında çıxış edəndə, onlara qarşı oynamaq maraqlı idi”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Azər Əliyev “Zenit” oyunu barədə Rusiya mətbuatına danışıb. O, belə oyunların iki təırəfi üçün faydalı olduğunu bildirib:
“Beləsi görüşlər “Zenit”ə xarici klublarla qarşı oynamaq, bizim üçün isə güclü rəqiblə qarşılaşmaq deməkdir. Sankt-Peterburqda mövsümöncəsi yaxşı turnirdə iştirak etdik. Klubların bu istiqamətdə əməkdaşlıq eteməsi yaxşıdır. Ümid edirəm ki, mümkün qədər çox azarkeş gəlib oyundan həzz alacaq.
“Neftçi Arena” stadionunda keçiriləcək “Neftçi” – “Zenit” matçına saat 21:00-da start veriləcək.

