AVEO-2024-ün seçmə mərhələsi çərçivəsində son matçına çıxacaq millimiz sabah Belçikanın qonağı olacaq.
İdmanxeber.az-ın “Etopaz”ın dəstəyi ilə Brüsselə yollanmış əməkdaşının verdiyi məlumata görə, ölkənin məşhur “De Morgan” qəzeti matçla bağlı komandanın üzvü Yohan Bakayokonu danışdırıb.
PSV-də forma geyinən gənc futbolçu komandanın perspektivindən danışıb:
“Komandamızın heyətində Trossard, Karrasko, Doku kimi keyfiyyətli futbolçular var.
Özümü isə çox yüksək qiymətləndirirəm. Hücumçu üçün özünəinam çox vacibdir. Bacardığım işi meydanda görməliyəm”.


