“Mançester Yunayted”in və Kamerun millisinin qapıçısı Andre Onana DÇ-2026 seçmə mərhələsi çərçivəsində keçirilən Mavrikiylə matçda (3:0) zədələnib
İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı qolkiper ağrılı zərbə alıb və 81-ci dəqiqədə əvəzlənib. Futbolçunun sağalma müddəti hələ məlum deyil.
Bu mövsüm Onana 18 oyun keçirib, 30 qol buraxıb və 6 qapısını təmiz saxlayıb.

