08 İyun 2026
Ölkə futbolu

“Zenit” Çempionlar Liqası səviyyəsində komandadır” – “Neftçi”nin oyunçusu

“Zenit”lə oyundan gözləntilərim yaxşıdır. Güclü rəqibə qarşı oynamaq həmişə xoşdur. Onlar Çempionlar Liqası səviyyəsində olan komandadır. Mən hələ Rusiya Premyer Liqasında çıxış edəndə, onlara qarşı oynamaq maraqlı idi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Azər Əliyev “Zenit” oyunu barədə Rusiya mətbuatına danışıb. O, belə oyunların iki təırəfi üçün faydalı olduğunu bildirib:

“Beləsi görüşlər “Zenit”ə xarici klublarla qarşı oynamaq, bizim üçün isə güclü rəqiblə qarşılaşmaq deməkdir.  Sankt-Peterburqda mövsümöncəsi yaxşı turnirdə iştirak etdik. Klubların bu istiqamətdə əməkdaşlıq eteməsi yaxşıdır. Ümid edirəm ki, mümkün qədər çox azarkeş gəlib oyundan həzz alacaq. 

“Neftçi Arena” stadionunda keçiriləcək “Neftçi” – “Zenit” matçına saat 21:00-da start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43